Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Turkustan.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, telefon zəngi 29 Oktyabr – Respublika Günü münasibətilə təşkil olunan və Türk Dövlətləri Təşkilatının (TDT) Liderlər Zirvə Görüşü iştirakçılarının qatıldığı rəsmi şam yeməyi zamanı reallaşıb.
ABŞ Prezidenti Tramp TDT Liderlər Zirvə Görüşü münasibətilə Prezident Ərdoğana və təşkilat liderlərinə ən səmimi arzularını çatdırıb. Prezident Ərdoğan da öz növbəsində tədbirdə iştirak edən dövlət başçılarının salamlarını qarşı tərəfə ötürüb.
Görüş zamanı Ərdoğan TDT-nin 13-cü Zirvə Görüşünün Ankarada keçiriləcəyini vurğulayıb. O bildirib ki, 200 milyondan çox əhalini əhatə edən və Mərkəzi Asiyada sabitlik və təhlükəsizlik amilinə çevrilən təşkilatın daha da inkişafı üçün bu zirvə görüşündə mühüm qərarlar qəbul olunacaq.
Aytən Yaşar/ Turkustan.az