24 saata 40 hava zərbəsi Yəməndə qanlı döyüşlər davam edir

17.09.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yəmənin hökumət qüvvələri ilə “Ənsar Allah” (husi) hərəkatının döyüşçüləri bir neçə cəbhədə, o cümlədən Bab əl-Məndəb boğazı yaxınlığındakı strateji Kəhbub dağlarında hərbi əməliyyatları davam etdirirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Yəmənin hökumətə bağlı “Vətən Qalxanı” (Homeland Shield) qüvvələri husilərin sözügedən əraziyə sızmaq və genişmiqyaslı hücum həyata keçirmək cəhdinin qarşısını aldıqlarını bəyan ediblər. Hökumət qüvvələri düşmənin hərbi texnikasını sıradan çıxarıb, iki husi döyüşçüsünü əsir götürüb və onlar aid bir PUA-nı vurublar.

Husilərin nəzarətində olan “Al Masirah” telekanalının məlumatına görə isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Həccə əyalətinin Abs şəhərinə hava zərbələri endirib. Nəticədə 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Husilər iddia edirlər ki, son 24 saat ərzində Ər-Riyad onların mövqelərinə 40 hava zərbəsi endirib və rabitə qüllələrini hədəf alıb. Cavab olaraq husilər Səudiyyə Ərəbistanının Yanbu limanına və Xamis Muşayt aviabazasına zərbələr endirdiklərini bildiriblər. Hərəkat həmçinin krallığın hərbi hava qüvvələrinə məxsus “F-15” qırıcı təyyarəsini vurduğunu bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью