24 saatda ürəyi 25 dəfə dayandı Həkimlər xilas etdi

17.02.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Moskvada həkimlər bir gündə ürəyi 25 dəfə dayanan kişini xilas ediblər.

"Unikal" xəbər verir ki, bu barədə paytaxt merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova məlumat yayıb. 

Onun sözlərinə görə, Valentin Buyanov Şəhər Klinik Xəstəxanasının həkimləri əməliyyatı unikal üsulla həyata keçirməli olublar. Adamı xilas etmək üçün həkimlər ECMO aparatının dəstəyi ilə radiotezlikli kateter ablasyonundan istifadə ediblər.

Nəticədə ürəyin normal fəaliyyətini bərpa etmək mümkün olub. 

Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью