24 yaşlı idmançı faciəvi şəkildə öldü FOTO

21.11.2024

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Gənc dalğıc Jade Kahukore-Dixon Chatham köpək balığının hücumuna məruz qalıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, dalğıc Jade Kahukore-Dixon Chatham adaları yaxınlığında köpəkbalığı tərəfindən öldürülüb.

Hadisə noyabrın 19-da, çərşənbə axşamı Çatem arxipelaqı yaxınlığında baş verib. 24 yaşlı idmançı Ceyd Kahukore-Dikson qayıqdan suya düşən zaman yırtıcı balıq ona hücum edib.

Gənc ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyib.

Fidan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью