Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çinli məşhur fud-bloger İn-in 24 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, yemək yeyərək çəkdiyi videolarla tanınan bloger ağır hipokalemiya (qanda kalium səviyyəsinin normadan aşağı düşməsi) səbəbindən ürəyi dayanıb. Buna həddindən artıq yemək, yuxusuzluq və sıx iş qrafikinin səbəb olduğu bildirilib.
Ölümündən bir neçə gün əvvəl İn-in orqanizmində kaliumun aşağı olması səbəbindən xəstəxanaya yerləşdirildiyini də açıqlamışdı.
Qeyd edək ki, kalium ürək, əzələ və sinir sisteminin fəaliyyətində mühüm rol oynayır.