25 dəfə əməliyyat olunan qazinin övladı doğuldu

15.11.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətən Müharibəsi qazisi Rüstəm Qurbanov ata sevincini yaşayıb.
Ölkə.az xəbər verir ki, Suqovşan istiqamətində gedən döyüşlərdə iştirak edən Rüstəm Qurbanov Vətən müharibəsi zamanı ağır yaralanıb. O, “Cəsur döyüşçü”, “Suqovşanın azadlığı uğrunda” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Döyüşlər zamanı ayaqlarından və çənəsindən ciddi xəsarətlər alan qazi uzunmüddətli müalicə və bərpa prosesi keçib. Ümumilikdə 25 dəfə əməliyyat olunub. Onlardan 21-i ayaqlarından, 4-ü isə çənəsindən aparılıb.
Yaşadığı çətinliklərə və keçdiyi ağır sınaqlara baxmayaraq, Rüstəm Qurbanov bu gün həyatının ən gözəl sevinclərindən birini - övlad sahibi olmaq xoşbəxtliyini yaşayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью