25 il sonra yenidən “Mumiya”da Foto

07.10.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Amerikalı aktyor Brendan Freyzer illər sonra “Mumiya” filmindəki "Rik O’Konnell" obrazına qayıdıb.

Axşam.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib.

Filmdə Freyzerlə yanaşı, Reyçel Vays da "Evelin O’Konnell" obrazını canlandıracaq. Aktrisa 2001-ci ildə ekrana çıxan “Mumiya qayıdır” filmindən sonra ilk dəfə Freyzerlə eyni obrazda yenidən rol alacaq.

“Mumiya-4”ün 15 oktyabr 2027-ci ildə kinoteatrlarda nümayiş olunacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью