25 ildən sonra ilk dəfə: eyni gündə, eyni meydançada…

10.12.2024

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gecə Los-Ancelesin iki komandası eyni meydançada NBA-nın müntəzəm mövsümündəki ev oyunlarını keçirib.

Publika.az xəbər verir ki, əvvəlcə “Klippers” “Hyuston”u qəbul edib. Meydan sahibləri bu oyunda 106:117 hesabı ilə məğlub olub.

Həmin axşam “Leykers” “Portlend”lə qarşılaşıb və 107:98 hesabı ilə qalib gəlməyi bacarıb.

Maraqlıdır ki, sonuncu dəfə Los-Ancelesin iki komandası eyni gündə eyni arenada oyun keçirib 1999-cu ildə.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью