2,5 milyon insan Qəzzadan çıxarılarsa... Sisi xəbərdarlıq etdi

24.01.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fələstinlilərin Qəzza zolağından Misirə köçürülməsi Avropa ölkələrinə qanunsuz miqrant axınının artmasına səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Sisi deyib.

Sisinin sözlərinə görə, təxminən 2,5 milyon fələstinlinin Qəzzadan çıxarılması Fələstin məsələsinin aradan qaldırılması demək deyil:

“Belə bir vəziyyət yüz minlərlə insanın Qərb ölkələrinə qanunsuz mühacirəti ilə nəticələnəcək. Əgər bu baş verərsə, heç bir ölkə belə bir miqrasiya dalğasının təhlükəsizlik və iqtisadi sahədə yaradacağı nəticələrin öhdəsindən gələ bilməyəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью