25 milyonluq vergi borcu olan qurum bu dəfə texnika üçün alışına çıxır 67 min manata

08.08.2025

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi növbəti satınalma həyata keçirir.

32gun.az xəbər verir ki, qurum Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan yükləyici nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınmasına hazırlaşır. Layihənin ehtimal olunan qiyməti 67.441,96 manat təşkil edir.

Qeyd edək ki, bu qurumun hazırda 22.048.595,08 manat vergi borcu mövcuddur.
Xatırladaq ki, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-nin 25 milyon manatdan çox vergi borcu olması barədə daha əvvəl xəbər vermişdik.

Bildirək ki, qurumun İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub.

Ayaz 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью