Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Şimali Koreyanın 25 minə yaxın vətəndaşı Rusiyanın "Şahid", "Geran" kimi zərbə PUA-larının istehsalında iştirak edir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” Sanksiyalarla bağlı Çoxtərəfli Monitorinq Qrupunun hesabatına istinadla məlumat yayıb.
Məlumata görə, Şimali Koreya vətəndaşları əsasən Tatarıstandakı “Alabuqa” xüsusi iqtisadi zonasında yerləşən və Ukraynaya qarşı müharibə üçün dron istehsalının həyata keçirildiyi müəssisələrdə işləyirlər:
“BMT-nin beynəlxalq sanksiyalarından yan keçmək məqsədilə işçilər Rusiyaya tələbə adı altında gətirilir. Rusiyada bir şimali koreyalının orta illik qazancı təxminən 7500 ABŞ dolları təşkil edir. Lakin onların maaşı Şimali Koreya hökuməti tərəfindən müsadirə edilir. Əldə edilən vəsaitlər Pxenyanın qeyri-qanuni nüvə və ballistik raket proqramlarının maliyyələşdirilməsi üçün istifadə olunur”.
Hesabatda qeyd olunur ki, işçilərin Rusiya daxilində hərəkəti və onların əcnəbilərlə hər hansı təması ciddi şəkildə məhdudlaşdırılıb.