25 yaşında karyerasını bitirdi Zirə də çalışacaq

29.06.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq

Bir neçə ölkədə legioner həyatı yaşayan azərbaycanlı futbolçu Nazim Məmmədzadə karyerasını erkən başa vurub.

Bu barədə QOL.az-a açıqlamasında 25 yaşlı yarımmüdafiəçi özü məlumat verib.

Son olaraq Maldiv adalarının "Maziya" klubunda çıxış edən futbolçu "Zirə"də çalışacağını bildirib: "Maziya" ilə müqaviləm başa çatmışdı. Bakıya qayıtdım və "Zirə"də yeni yaradılan Skautinq Departamentinin rəhbəri Eltun Yaqublu ilə danışdıq. Mənə çox maraqlı iş kimi gəldi. Həmin departamentdə çalışacam. Həm futbolun içində olursan, həm də Rəşad Sadıqov, Eltun Yaqublu kimi insanların yanında çox şey öyrənmək olar. Ona görə də bu təklifi qəbul etdim".

O, 25 yaşında karyerasını tez bitirmək qərarını isə belə izah edib: "Artıq 25 yaşım var. Yerli klublardan yalnız 1-ci liqa təmsilçilərindən təkliflər var idi. Ölkə xaricinə isə getmək istəmirdim. Ona görə də artıq karyeramı bitirmək qərarına gəldim".

Qeyd edək ki, N.Məmmədzadə İspaniya və Polşanın aşağı liqa klubları, Şimali Makedoniya, Latviya və Qırğızıstanda isə elita təmsilçilərində çıxış edib. O, Azərbaycanın U-21 millisinə də dəvət alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью