Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. “Mənim sevgilim yoxdur.
Sevgilim anamdır, oğlumdur, qızımdır, nəvəmdir, bir də sevənlərimdir. Dünən restoranlardan birində səhnə almışdım.
Gənclər qarnıaçıq və göbəyiaçıq qızların əlinə pul verirdilər, mənə bir qəpik də vermirdilər.
Mikrofonu əlimə götürüb dedim ki, bizim sevgilimiz xalqdır. Əgər xalq da mənə sevgili gözü ilə baxmırsa kimdən nə gözləyim?
Mənim sevgilim yox, dostlarım var” Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı bildirib.
O daha sonra əlavə edib: “Sevgilini göstərmək üçün yox, sevmək üçündür. Reklama görə sevirsən ki?
Əgər onu sevirsənsə əksinə onu hamıdan gizlətməlisən. Xoşbəxtlik səs-küyü sevmir.
Qışqırbağır salsan ki, mən xoşbəxtəm, bu zaman xoşbəxtlik özü səndən qaçacaq.