Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızını qətlə yetirən ərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Qətli törədən 34 yaşlı Əliyev Elçin Rafael oğludur.Bakupost.az "Müsavat"a istinadən xəbər verir ki, Elçinlə Aygün 2017-ci ildə ailə həyatı qurublar.
Onların iki övladı olub. Ailə münasibətləri yaxşı olmadığı üçün Aygün bir neçə dəfə ailəsinin yanına qayıdıb.
Sonra qohumların müdaxiləsi, istəyi ilə Aygün yenidən evə qayıdıb.Ər-arvad münasibətlərinin korlanmasına, qətlin baş verməsinə səbəb Aygünün instaqram hesabında falçı ilə yazışması olub.
Həmin səhifə “baxici.nur_” adlı ilə instaqramda qeydiyyatdan keçib.Belə ki, Aygün Elçinin ona qarşı davranışlarından bezərək boşanmağı qərarlaşdırıb.
Buna görə instaqramda falçıya yazaraq ondan gələcək həyatı ilə bağlı məlumat öyrənmək istəyib.
Aygün hətta boşanacağı halda birlikdə yaşamaq istədiyi şəxslə bağlı da falçıdan məlumat öyrənib.
Bu yazışmaları Elçin görüb və bundan sonra qətl hadisəsi baş verib.Elçin ov bıçağı alaraq Aygünün atasının evinə gedib.