25 yaşlı Fatimə 80 ölkə arasında Kainat Gözəli seçildi

21.11.2025

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fatimə Boş Fernandes 2025-ci ilin “Kainat Gözəli” seçilib.

AzPost bildirir ki, 74-cü “Kainat Gözəli” müsabiqəsinin finalı cümə günü Banqkokda baş tutub. Meksikalı Fatima Boş Fernandes əsas titulu qazanıb. Müsabiqənin rəsmi yayımının aparıcısı bu barədə məlumat verib.

Fatima Boş Fernandesin 25 yaşı var və boyu 1,74 metrdir. O, İbero-Amerika Universitetindən moda dizaynı üzrə bakalavr dərəcəsi alıb.

Tailandlı Vina Pavina Sinqh ikinci yeri tutub. Venesuelalı Stefani Adriana Abasali Nasser bürünc medal qazanıb.

Taylandın paytaxtında baş tutan yarışmada 80-dən çox ölkə iştirak edib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью