25 yaşlı gənc həmkəndlisini BIÇAQLADI

21.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"Dekabrın 21-i gecə saat 01 radələrində Zaqatala rayonunun Faldarlı kəndi ərazisində 2002-ci il təvəllüdlü V.Kərimov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi 1999-cu il təvəllüdlü T. Rüstəmova bıçaqla xəsarət yetirib".

Bu barədə Modern.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Kərimov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью