25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

27.07.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda gənc oğlan qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Vənənd kənd sakini, 25 yaşlı Elvar Babayev səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.

Onun yüksək qan təzyiqi səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Bu xəbər ailəsinə verildikdən bir qədər sonra Elvarın anası Fatimə xanım da ürək tutmasından vəfat edib. Onun oğlunun qəfil ölümündən sarsıntı keçirdiyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью