25 yaşlı qadının asılmış meyiti tapıldı Əri saxlanıldı

24.03.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvanda qətl hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma zamanı qadının əri, 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

A.İbrahimli şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Sədərək rayon prokurorluğunda cinayət işi başlanıb.

Onların iki övladının olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью