25 yaşlı xanım müəllim şagirdini ZORLADI

10.01.2025

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Kaliforniya ştatından olan 25 yaşlı ingilis dili müəllimi azyaşlı şagirdini zorlamaqda ittiham edilib.

Publika.az xəbər verir ki, bu barədə "Scallywag and Vagabond" məlumat yayıb.

KİV-in məlumatına görə, qız yanvarın 7-də Vudlenddəki orta məktəbdə saxlanılıb. Müəllimin xidməti mövqeyindən istifadə edərək şagirdlərindən biri ilə intim münasibətdə olması barədə polisə məlumat daxil olub.

Onun 2022-ci ildən məktəbdə işlədiyi, həmçinin repetitor kimi də dərs dediyi dəqiqləşib. Aparılan araşdırmalar nəticəsində tələbə təcavüzə məruz qaldığını təsdiqləyib.

Müəllimin girov məbləği 1,5 milyon dollar müəyyən edilib. Hazırda polis digər qurbanların olub-olmamasını araşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью