250 milyonluq Moana dan gözlənilməz nəticə

15.07.2026

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Disney"in 250 milyon dollarlıq "Moana" riski özünü doğrultmadı.

Kulis.az xəbər verir ki, "Moana" ABŞ-də ilk 3 gündə cəmi 43 milyon dollar gəlir əldə edib.

Bu, studiyanın 85 milyonluq ilkin proqnozundan 2 dəfə aşağıdır.

Beynəlxalq bazarlarda əlavə 52 milyon toplayan filmin qlobal açılışı 95 milyonla kifayətləndi.

Əvvəlki uğurların kölgəsində

Nəticə əvvəlki hissələrlə müqayisədə çox zəifdir.

2016-cı il animasiyası həftəsonunda 82 milyon yığıb, ümumilikdə 643 milyon qazanmışdı.

2024-cü ildə çıxan "Moana 2" isə 1 milyard həddini keçmişdi.

"Odissey" iyulun 17-də, "Hörümçək-adam" isə iyulun 31-də nümayiş olunacaq. Analitiklər "Moana"nın gələn həftə daha kəskin eniş yaşayacağını deyir.

"The Rolling Stones"dan 25-ci albom Bakıda möhtəşəm konsert: “Əsrlərdən gələn irs” “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” - Yeni layihə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью