Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məlum məsələdir ki, Azərbaycana gətirilən avtomobillərin əksəriyyəti ABŞ-də qəzaya düşmüş maşınlardır.
Bu avtomobillərin vəziyyəti barədə VİN kodu vasitəsi ilə "CarFax" etdirməklə tam məlumat almaq mümkündür.
Bəzi avtomobilləri "CarFax" etdirən zaman maşının sığorta statusunda "salvage" yazılır. Bəs bu nə deməkdir?
1000, 1500 dollara satılan "Salvage" kateqoriyalı maşınları almağa dəyər?
Turkustan.az xəbər verir ki, "salvage" maşın almaq barədə düşünərkən bir neçə vacib məqamı nəzərə almaq lazımdır.
"Salvage" maşınlar, ümumiyyətlə, ciddi qəzaya düşən, təbii fəlakət, yanğın və ya su zədəsi almış, sığorta şirkətləri tərəfindən dəyərdən düşmüş avtomobillərdir.
Bunların bəzi üstünlükləri və çatışmazlıqları var: "Salvage" maşınlar adi maşınlardan daha ucuz olur.