2500 ukraynalı Rumıniya ilə sərhədi qanunsuz keçib

03.07.2026

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


2026-cı ilin birinci yarısında təxminən 2500 ukraynalı dağlıq ərazilərdə Rumıniya sərhədini qanunsuz olaraq keçib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rumıniya Sərhəd Polis Müfəttişliyi məlumat yayıb.
"2026-cı il yanvarın 1-dən iyunun 30-dək sərhədçilər Ukraynadan Rumıniyaya qanunsuz keçən təxminən 2500 Ukrayna vətəndaşını saxlayıblar. Onlardan təxminən 1200-ü Maramures qraflığında, təxminən 1000-i Suceava qraflığında, 300-dən çoxu isə Satu Mare qraflığı ilə Ukrayna arasındakı sərhəddə olub", - deyə qurum bildirib.
Qeyd edilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə, 3700-dən çox Ukrayna vətəndaşının saxlanıldığı dövrdə bu, təxminən 33% azalma deməkdir. Buna baxmayaraq, qanunsuz sərhəd keçidləri davam edir və saxlanılanların əksəriyyəti silahlı münaqişə səbəbindən Ukraynadan qaçdıqlarını bildirir. Onlar qanuna uyğun olaraq Rumıniya hakimiyyətindən sığınacaq istəyirlər.
Aygün
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью