Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Sərəncamı ilə 258 milyon manat vəsaitin ayrılacaq. Dövlət başçısının Naxçıvanda qeyd etdiyi kimi bununla konkret layihələr maliyyələşdiriləcək və işlərin daha da sürətlə getməsi üçün Sərəncamın icrasına lazımi nəzarət də təmin ediləcək.
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, ayırlacaq 258 milyon manat Naxçıvanda infrastrukturun yenilənməsi də daxil olmaqla bir sıra vacib sosial və iqtisadi istiqamətlərə yönəldiləcək:
"Bu enerji təhlükəsizliyindən sosial mənzilə qədər maliyyələşmə deməkdir. Konkret layihələrə gəldikdə isə, vəsaitlə Su Elektrik Stansiyasının tikintisi davam etdiriləcək, 156 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometr uzunluğunda yollar əsaslı təmir ediləcək, Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxana, 640 nəfərlik 5 yeni uşaq bağçası tikiləcək və 161 yaşayış binası və istilik qazanxanaları əsaslı təmir ediləcək".
Deputat qeyd edib ki, Sərəncamla ayrılacaq vəsait Naxçıvanın sosial-iqtisadi inkişafında xüsusi paya malik olacaq:
"Bu addım Azərbaycan Prezidentinin regionların tarazlı və dayanıqlı inkişafı siyasətini və Naxçıvana xüsusi diqqətini bir daha təsdiq edir.
İnstitutsional and kadr islahatların daha da genişləndiyi Naxçıvanda maliyyə dəstəyinin genişləndirilməsi bu bölgəmizin inkişafını daha da sürətləndirəcək. Yeni düzən fonunda Naxçıvan regionun ən vacib hablarından birinə çevrilməkdədir. Uzun müddət blokada qalan Naxçıvan artıq kommunikasiyaların regional mərkəzinə çevrilməkdədir. Bu, yalnız Naxçıvan üçün deyil, bütövlükdə regionda yeni səhifənin açılması deməkdir".
Süleyman