26 gün əvvəl avtomobil qəzasında xəsarət alan sərnişin xəstəxanada ölüb

11.04.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

26 gün əvvəl avtomobil qəzasında xəsarət alan sərnişin dünən xəstəxanada ölüb.

Milli.Az xəbər verir ki, 1984-cü il təvəllüdlü Eldəniz Fərzəliyev Sabunçu TM-nin Reanimasiya şöbəsində müalicə alırdı.

Qeyd edək ki, hadisə martın 17-də Pirşağı qəsəsəbində "Mercedes Benz" və "Toyota" markalı avtomobillərin toqquşması nətincəsində baş verib. Hadisə zamanı sərnişin Eldəniz Fərzəliyev xəsarət alıb.

Fakt üzrə Sabunçu RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью