26 kiloqramdan çox narkotik vasitə aşkarlandı

25.03.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Martın 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının martın 24-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 24-də ümumi çəkisi 26 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью