26 milyon vəsaitin növbəti etaplarda maaş kimi ödənilməsi ilə bağlı tələblər yanvar ayından icra olunur AzTV GECİKƏN PUL SÖHBƏTİNƏ AYDINLIQ GƏTİRDİ

24.01.2026

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti Gununsesi.info-nun qurumda çalışan əməkdaşların əmək haqlarını ala bilməməsi ilə bağlı xəbərinə münasibət bildirib.

Redaksiyamıza göndərilən məlumatda deyilir ki,  AzTV-nin əməkdaşlara 2 aydır əməkhaqqı ödəməməsinə dair məlumat reallığı əks etdirmir.

Belə ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ötən ilin noyabr və dekabr ayları da daxil olmaqla bütün dövrlərdə əməkdaşların əmək haqlarını aylıq aralıqda ödəyib: “Növbəti ödəniş isə 26 yanvarda olacaq. Üstəlik Hesablama Palatasının qarşıya qoyduğu istiqamətlərin icrasına da yanvar ayından etibarən başlanılıb. Başqa sözlə, AzTV-nin əməkdaşlara qonorar formasında ödədiyi 26 milyon vəsaitin növbəti etaplarda maaş kimi ödənilməsi ilə bağlı tələblər yanvar ayından icra olunur”.

Günay Mahirqızı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью