26 mindən çox sosial ödəniş proaktiv qaydada aparılıb

10.02.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar ayı ərzində 26 min 92 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada aparılıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 4 min 856-sı pensiya, 21 min 236-sı müavinət (o cümlədən məcburi dövlət sosial sığorta hesabına ödənilən) və təqaüd təyinatıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью