26 nəfər Aİ nin 6 milyon avroluq yardımını mənimsəyib?

16.01.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

26 nəfərdən ibarət qrup Litvanın hüquq-mühafizə orqanları tərəfindən Avropa İttifaqının (Aİ) 6 milyon avroluq yardımını mənimsəməkdə şübhəli bilinir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yyaıb.

Bildirilib ki, şübhəlilər mütəşəkkil dəstə kimi şişirdilmiş qiymətlərlə milyonlarla avro dəyərində avadanlıq almaqla investisiya layihələrinin həyata keçirilməsini imitasiya ediblər.

İstintaq müəyyən edib ki, cinayət sxemi üzrə 2018-2024-cü illər ərzində fırıldaqçılar 6 milyon avroya yaxın vəsaiti mənimsəyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью