Icma.az, Konkret.az saytına istinadən bildirir.
26 nəfərə qarşı dələduzluq edərək onların xeyli miqdarda vəsitini ələ keçiriən Fidan Məmmədovanın məhkəmə prosesi başa çatıb.
KONKRET.az xitab24.az-a istinadən xəbər verir ki, məhkəmə prosesində F.Məmmədova Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinib.
Hökmə əsasən, 1992-ci il təvəllüdlü qadın 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin ifadəsində görə, o, zərərçəkmişlərə dəymiş ziyandan 60 min manata yaxın ödəniş edib. Fidanın sözlərinə görə, bu hadisədən sonra hamı ondan imtina edib. Dəymiş zərərin ödənilməsi üçün yaşadıqları evi də satıb. O, işləyərək qalan zərəri ödəməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, zərərçəkmişlərin hər biri onun şəxsən tanıdığı insanlardır. Fidan onların etibarından istifadə edərək, dövlət qurumlarında işə düzəltməklə bağlı yalan vəd verib. Əslində isə heç bir səlahiyyəti və işi olmayıb.