Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Yasuko Tamaki 26 yaşında vida ticarəti sahəsində fəaliyyət göstərən Sunco Industries şirkətinə qoşulub və 65 il eyni vəzifədə işləyərək "Ginness Dünya Rekorları"na düşüb. O, şirkətin kiçik bir kollektivdən 430-dan çox işçisi olan müəssisəyə çevrilməsinə şahidlik edib və 40 yaşında bölmə rəhbəri olub.
Sherg.az xəbər verir ki, 67 yaşında kompüter öyrənən Tamaki, 70 yaşında mütəxəssis səviyyəsinə çatıb, 90 yaşına yaxın hələ də sosial şəbəkələrdən istifadə edir və öyrənməkdən vaz keçməyib.
O, Ginness rekordunu alanda deyib:
"Yalnız illərlə etməli olduğumu etdim. Hər zaman başqalarına faydalı olmaq üçün çalışdım."
Yasuko Tamaki uzun illər eyni işdə qalaraq həm təcrübəsini, həm də səbrini nümayiş etdirib və işinə yüksək sədaqəti ilə tanınıb.