Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Nadir rast gəlinən öd yolu xərçəngi ilə təxminən üç il amansız mübarizə aparan amerikalı sosial media fenomeni Sidney Taul vəfat edib.
Axşam.az xəbər verir ki, fenomen xəstəliyi ilə bağlı yaranan ağırlaşmalar səbəbindən 26 yaşında dünyasını dəyişib.
Xərçənglə mübarizə prosesini milyonlarla izləyicisi ilə bölüşərək bu xəstəliklə bağlı maarifləndirməyə töhfə verən və əzmi ilə bir çox insana ilham olan gənc qadının vəfat xəbərini ailəsi sosial media hesabında paylaşıb.