26 yaşlı keçmiş məhbus qəfil öldü

12.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Şəki rayonunda 26 yaşlı oğlan qəfil vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, dünən saat 12 radələrində 1999-cu il təvəllüdlü M.Şirinov yaşadığı Şəki şəhərindəki evdə qəflətən ölüb.

Yaxınları bildiriblər ki, əvvəllər (180-ci maddə üzrə) məhkum olunmuş M.Şirinovun halı anidən pisləşib və dünyasını dəyişib.

İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью