26 yaşlı oğlan onu böyüdən nənəsinə görün nələr etdi | Icma.az
Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
26 yaşlı oğlan onu böyüdən nənəsinə görün nələr etdi Adanada 76 yaşlı nənəsi ilə yaşayan narkotik istifadəçisi gənc nənəsinə dəhşət yaşadıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 26 yaşlı Mustafa əvvəlcə əsəbiləşib evi dağıdıb, daha sonra isə motosikletini yandırıb.
O daha sonra nənəsinə "gəlib səni öldürəcəm" deyərək evdən çıxıb.
Qeyd edək ki, Mustafa 40 günlük olanda atası və anası ayrıldığı üçün onu nənəsi böyüdüb.
Nənə Necmiye Acarlar 15 yaşından bəri narkotik istifadə etməyə başlayan nəvəsini aludəçilikdən xilas etməyə çalışsa da bunu edə bilməyib.
İllər keçdikcə Mustafa daha da pisləşməyə başlayıb. Tez-tez nənəsi ilə dalaşıb, evdən pul oğurlayıb.
Lakin o keçən avqust ayında nənəsinə "Daha istifadə etməyəcəm. Mənə motosiklet al, kuryer işləməyə başlayacağam" deyib.
Tam oxu
Xəbəri oxu