26 yaşlı oğlan xəstəxananın qarşısında bıçaqlandı

19.03.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Gəncədə 26 yaşlı oğlan bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Poliklinkalarının birinin qarşısında baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Z.Rzayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.

26 yaşlı oğlanın hansı səbəbdən bıçaqlanması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью