260 milyon illik geoloji tarix təhlil olundu

30.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Nyu-York Universitetinin alimləri son 260 milyon il ərzində baş vermiş 89 iri geoloji hadisəni təhlil edərək, onların müəyyən zaman intervalları ilə təkrarlanan gizli bir ritmə tabe olduğunu müəyyən ediblər. "Evolving Earth" elmi jurnalında dərc olunan araşdırmada dəniz orqanizmlərinin kütləvi məhvi, okeanlarda oksigen qıtlığı, nəhəng vulkan püskürmələri, dəniz səviyyəsinin tərəddüdləri və quru onurğalılarının yoxolması kimi ən dağıdıcı kataklizmlər statistik metodlarla araşdırılıb.

Tədqiqatçılar bu fəlakətlərin bir-birinin nəticəsi deyil, Yerin dərinliklərində gedən naməlum proseslərin cavab reaksiyası olduğunu bildirirlər. Mümkün səbəblər arasında mantiya konveksiyasının dəyişməsi, eləcə də Yerin orbitindəki uzunmüddətli dəyişikliklərin iqlimə və buz kütlələrinin paylanmasına təsiri göstərilir.

Tədqiqatın müəllifi Maykl Rampino daha cəsarətli bir fərziyyə də irəli sürür: bu geoloji dövrlər Günəş sisteminin Qalaktika müstəvisini kəsib keçməsi və ya Yerin qaranlıq maddə zərrəciklərini tutması ilə bağlı ola bilər. Bu isə Yerin daxilində əlavə istilik generasiya edərək təkanverici qüvvəyə çevrilir. Maraqlıdır ki, Yerdəki en böyük meteorit kraterlərinin yaranma tarixləri də məhz bu 27,5 milyon illik dövrə tam uyğun gəlir. Gələcək sınaqlar bu qanunauyğunluğu təsdiqləyərsə, planetimizin formalaşma tarixini və kosmik əlaqələrini anlamaq mümkün olacaq.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью