Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir.
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Bu barədə Ölkə.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagi
Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər. Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
İşğaldan azad olunan rayonların məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Bakı şəhərinin Sabunçu Xəzər rayonlarında, həmçinin Sumqayıt, Abşeron, Şəmkir, Cəlilabad, Masallı, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə (hissələrə) bölünüb və müvafiq olaraq “keçid” qoyulub.
Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır.