Icma.az, Olay.az portalına istinadən məlumat yayır.
62 yaşlı aktyor Bred Pitt və 57 yaşlı Edvard Norton “Kliff Butun növbəti macəraları” adlı yeni filmin premyerasında bir araya gəliblər.
OLAY yazır ki, “Döyüş klubu” (Fight Club) kult filminin baş rollarını canlandıran aktyorların birlikdə görünməsi pərəstişkarlarının böyük marağına səbəb olub.
Sosial şəbəkə istifadəçiləri filmin ekranlara çıxmasından 27 il keçməsinə baxmayaraq, hər iki aktyorun demək olar ki, heç dəyişmədiyini qeyd ediblər.