27 ildən sonra Zəngilana bayrağımızı sancan QƏHRƏMAN Azər Yusiflinin ŞƏHADƏT GÜNÜDÜR FOTO …
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq. Bu gün 27 ildən sonra Zəngilana bayrağımızı sancan 26 yaşlı Azərin şəhadət günüdür.Bizim.
Həqiqi hərbi xidmətini nümunəvi şəkildə başa vurduqdan sonra müvafiq sənədlərini Sərhəd Qoşunlarına təqdim edən Azər bütün meyarlarına görə
Sərhəd xidmətində fəaliyyətinə Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin N nömrəli hərbi hissəsində başlayır.Azər Yusifli xidmət zamanı Dövl
Oktyabrın 19-dan 20-nə ötən gecə isə Zəngilan şəhəri uğrunda döyüşlər başlayır. Gecə saatlarında şəhər işğaldan azad olunur.
Saat 04:00 radələrində baş gizir Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılır.Qeyd edək ki, Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə bayrağı məhz Azər sancıb.
26 yaşlı Azər ümumilikdə 26 ərazidə Azərbaycan bayrağını ucaldıb.Azər Yusifli oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində şəhid olub.Oktyabrın 22-də Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Azər Yusifli ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Zəngilanın azad olunmasına görə” medalı ilə tətif edilib.Qeyd edək ki, şəhidimiz nişanlı olub.
Tam oxu
Xəbəri oxu