27 ildir daşları sənətə çevirən heykəltaraş Orxan Nəbizadə ilə REPORTAJ

02.02.2026

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

45 yaşlı heykəltaraş Orxan Nəbizadə artıq 27 ildir ki, bu sənətlə məşğuldur.

Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan heykəltaraşın incəsənətə marağı çox erkən yaşlarından formalaşıb.

O, əşyalara sadəcə maddi obyekt kimi yanaşa bilmədiyini, onları formaya salmaq və yeni ifadə vasitələri yaratmaq istədiyini zamanla dərk edib.

Bu axtarışlar onu təsviri sənətə, heykəltaraşlığa gətirib çıxarıb. Orxan Nəbizadə həm yerli, həm də beynəlxalq sərgilərdə iştirak edib.

Onun üçün heykəltaraşlıq sənəti dünya görüşünün, estetik zövqünün, harmoniya anlayışının və daxili enerjisinin material üzərində təcəssümüdür.

27 ildir daşları sənətə çevirən heykəltaraş Orxan Nəbizadə ilə fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью