27 illik dövr başa çatdı: Ford nə üçün Focus istehsalını dayandırdı? FOTO | Icma.az
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
1998-ci ildən bəri yollarda olan Ford-un ikonik modeli Focus artıq rəsmi olaraq tarixə qovuşub.
Almaniyanın Saarlouis zavodunda istehsal olunan son Focus modeli noyabrın əvvəlində xəttdən düşüb və bu an zavod əməkdaşlarının alqışları ilə müşayiət edilib.
Ford öz rəsmi saytında məlumatı yeniləyərək modelin istehsalının dayandırıldığını təsdiq edib.
Milli.Az xəbər verir ki, uzun illər sedan və hetçbek versiyaları ilə geniş istifadə olunan Focus münasib qiymətə ailə avtomobili kimi məşhurlaşmış, texnologiyaya uyğunlaşdırılmış modellərindən biri olmuşdu.
Focus istehsalının dayandırılması Ford-un avtomobil portfelində ciddi boşluq yaradıb.
Şirkət son illər diqqətini tamamilə elektrikli nəqliyyat vasitələrinin istehsalına yönəldib və bu istiqamətdə böyük investisiyalar planlaşdırır.
Bununla belə, bəzi elektrikli model layihələrinin qısa ömürlü olması və yeni EV layihələrində gecikmələr, şirkətin gələcəyi ilə bağlı suallar yaradır.
Tam oxu
Xəbəri oxu