Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də qarşıdakı 27 Sentyabr - Anm Gününə həsr edilən görüşlər keçirilir.
Naftalan şəhər Mərkəzi Xəstəxanasında “Tariximizin şərəf və qürur səhifəsi”, və Nəsimi adına 1 nömrəli şəhər tam orta məktəbdə “Zəfərə gedən yolun başlanğıcı” mövzularında anım tədbirləri olub.
Tədbirlərdə Şəhər İcra Hakimiyyətinin, YAP yerli təşkilatının, Ağsaqqallar Şurasının, müəssisələrin nümayəndələri, qazilər, şəhid yaxınları, uşaqlar və gənclər iştirak ediblər.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin sarsılmaz Milli Birliyimizin təntənəsi olduğu, Vətənin bütövlüyü naminə canlarını əsirgəməyən şəhidlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağı vurğulanıb, həmçinin dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğının daim davam etdirildiyi diqqətə çatdırılıb.
Məktəblilərin hazırladıqları sərgi və vətənpərvərlik mövzulu kompozisyalar tədbirlərə xüsusi ovqat bəxş edib.
Zakir Muradov,
Naftalan – Gəncə