27 sentyabr Azərbaycan yeni siyasi təqviminin başladığı gün

26.09.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bunu Ölkə.az-a açıqlamasında politoloq Zaur İbrahimli deyib.
Albert Eynşteynin “Müharibəni başlamaq asandır, amma onu dayandırmaq üçün müdriklik lazımdır" fikrini  qeyd edən politoloq qeyd edib ki, 27 sentyabr 2020-ci il- bu tarixdən Azərbaycanın yeni siyasi təqvimi başladı: “Erməni silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə və dinc yaşayış məskənlərini atəşə tutması və hücumunun qarşısının alınması ilə başlayan 44 Günlük Vətən Müharibəsi son üç əsrlik tariximizin səhifəsini çevirdi, Zəfər tariximiz  yazıldı”.

 Z. İbrahimli bildirib ki, ölkəmiz 1988-ci ildən başlayan erməni işğalına 44 günə son qoyaraq, beşinci nəsl müharibə apararaq, misilsiz şücaət nümunələriylə hərb tarixində silinməz, bənzərsiz Azərbaycan səhifəsi həkk elədi: “10 noyabr Zəfər günü, tarixi qələbəmiz dünya azərbaycanlılarının, bütün Türk dünyasının qürur mənbəyi, birlik, dirilik, igidlik rəmzidir. Azərbaycan xalqı və ordusu Türkün gücünü, şücaətini, ədalətini bütün dünyaya nümayiş etdirdi. Oğuzlar yenə tarix səhnəsinə qayıtdılar, Baydandır xanın xələfləri, davamçıları yenə Avrasiyaya, Qafqaz dağlarına, Avropaya və küllü-aləmə igidliklərini, güclərini göstərdilər. Şuşadan səslənən azan səsi, 10 noyabr Zəfər günü, 24 satlıq antiterror əməliyyatı, 15 oktyabrda Xankəndinə Azərbaycan bayrağının dalğalanması bütün Qafqazın həm siyasi coğrafiyasını dəyişdi, işğal sərhədlərini darmadağın etdi, lənətlənmiş, terror xuntası “Artsax” gorbagor oldu. Oğuzlar Qarabağa, Şərqi Zəngəzura qayıtdılar, tarixi bərpa etməyə başladılar. Azərbaycan çağdaş dünya siyasi tarixində işğal olunmuş ərazilərini tam şəkildə azad edən, suverenliyini tam bərpa edən ölkə kimi yeni paradiqma yaratdı. Bu paradiqma azadlıq, suverenlik, torpaq bütövlüyü uğrunda son məqsədə qədər, güzəştsiz, kompromissiz ümumxalq mübarizəsidir”. 

O həmçinin qeyd edib ki, 27 sentyabr 2020-ci il- Anım Günündə ilk növbədə qəhrəman şəhidlərimizi, qazilərimizi böyük hörmət, qürur hissi ilə xatırlayırıq: “Allah şəhidlərimizə rəhmət eləsin! Allah qazilərimizə can sağlığı versin. Bu Zəfər tarixini, təqvimini onlar öz qəhrəmanlığı, şücaəti ilə yazdılar. Onlar bu Vətəni, torpağı canlarını fəda edərək əbədi olaraq tərənnüm etdilər. Vətən üçün canı fəda etməyə növbəyə duran xalq kimi də tarixə bir ilk yazdıq.
27 sentyabr 2020-ci il- Anım Günündə sarsılmaz milli birliyimizi, hamımızı birləşdirən vətən sevgisini də qürurla xatırlayırıq. Qələbəmizin bünövrəsində bu birlik durur və durmaqda davam edəcək.

27 sentyabr 2020-ci il- Anım Günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdə kimi şücaətini, qətiyyətini, xalqımızı arxasında aparmağını, xalq-komandan birliyini qürurla yad edirik. Prezident İlham Əliyevi cəbhənin bütün görünən və görünməyən istiqamətlərində, diplomatik, siyasi, geosiyasi, informasiya-təbliğat, psixoloji cəbhələrdə ön cərgədə qəhrəmanlıqla döyüşdü, xalqını qələbəyə apardı”. 

Politoloq deyib ki, 27 sentyabr 2020-ci il tarixi həm də bölgəmizdə sülh gətirdi, işğalı aradan qaldırdı və Ermənistana da əsrlərdir davam edən vassal boyunduruğundan qurtulmağa imkanlar yaratdı: “Prezident İlham Əliyev həm müharibəni qalibiyyətlə başa çatdırdı, həm də sülh gündəliyinin memarı kimi Cənubi Qafqaz tarixində yeni səhifə açdı”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью