Icma.az, Reyting.az saytına istinadən bildirir.
Türkiyənin 27 vilayətində FETÖ-ya qarşı əməliyyat zamanı 73 şübhəli saxlanılıb.
Reyting.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.
Onun sözünə görə, 73 şübhəlidən 48-i haqda həbs qərarı çıxrılıb, 16 şübhəli isə məhkəmə qərarı ilə nəzarət altına götürülüb.
Qeyd edilib ki, əməliyyatlar zamanı çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilib.
V. QULİYEV