27 “yaşıl” layihə dəstəklənib

22.04.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların 27 “yaşıl” layihəsinə 450 min manat qrant ayırıb.

KOBİA-nın bununla bağlı məlumatında daha sonra “yaşıl” təşəbbüslərin dəstəklənməsi çərçivəsində 10-dan çox kiçik və orta biznes subyektinə “Startap” şəhadətnaməsi verildiyi qeyd edilib.

Bundan başqa, KOBİA “yaşıl” iqtisadiyyata keçid çərçivəsində 250 təlim, 250-dən çox sahibkarın iştirakı ilə görüş və maarifləndirici tədbirlər, eləcə də 3 daxili bazar araşdıması aparıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью