Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zaqatala rayonunda qumar oyunlarında iştirak edən 27 yaşlı oğlan inzibati məsuliyyətə cəlb olunub.
KONKRET.az xəbər verir ki, Zaqatala rayon sakini, 1999-cu il təvəllüdlü Telman Vəliyev (ad-soyad şərti verilib – red.) “Mostbet” oyununda özünə və anasına məxsus telefon nömrələri ilə qeydiyyatdan keçib.
O, yaratdığı profillərdən qumar oynayıb, qazandığı qanunsuz pulları isə mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “M10” tətbiqindən və özünə məxsus bank kartından çıxarıb.
Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
Müəyyən edilib ki, o, “Mostbet” saytında hesabdan 100 manat qazanc çıxarıb.
Araşdırmalar zamanı məlum olub ki, o, daha əvvəldə bu yolla 15 min manat qazanc əldə edib.
Zaqatala Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 3 min manat cərimə edilib. Onun qazanc kimi əldə etdiyi 100 manat isə müsadirə edilib.
Protokolda qeyd olunan 15 min manat qazanc isə sübuta yetirilməyib.
(teleqraf)