27 yaşlı oğlan arvadının telefondakı bu əməlindən şoka düşdü Almaza zəng etdim... | Icma.a…
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lerik rayonunda 1997-ci il təvəllüdlü Elbəy şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Almaza (adlar şərti verilib - red.) xəsarət yetirib.
Milli.Az məlumat verir ki, hadisə 25 may 2024-cü ildə Lerik rayonunun kəndində baş verib.
Elbəy yaşadıqları evin həyətində həyat yoldaşı Almazla aralarında yaranmış ailədaxili münasibətlər zəminində mübahisə edib.
Mübahisə zamanı həyat yoldaşı Almazın bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə vurub, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Elbəy barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbəy ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: "Zərərçəkmiş Almaz həyat yoldaşım, Lətafət isə qaynanamdır.
2019-cu ildə Almazla ailə həyatı qurmuşam, birgə nikahdan 2 azyaşlı övladım var.
Tam oxu
Xəbəri oxu