27 yeni canlı növü kəşf edildi

20.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Perunun Amazon meşələrində pərdəli ayaqları olan amfibik siçan, kəpənəklər və balıqlar daxil olmaqla 27 yeni canlı növü kəşf edilib.

Bakupost.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ mərkəzli "Conservation International" qeyri-kommersiya təşkilatının hesabatına görə, 2022-ci ilin iyun-iyul aylarında tədqiqatçılar Alto Mayo regionunda Amazon meşələrinə 38 günlük ekspedisiya təşkil ediblər.

Tədqiqat missiyasına rəhbərlik edən təşkilatın Biomüxtəliflik və Ekosistem Elmləri üzrə baş direktoru Trond Larsen, 4 məməli, 8 balıq, 3 amfibiya və 10 kəpənək də daxil olmaqla ümumilikdə 27 yeni növ aşkar etdiklərini açıqlayıb.

Rəhman Mirzəlizadə, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью