270 illik zamanın axarını dəyişən LİDER | Icma.az
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır. 22 il... Heç də uzaq keçmiş deyil.
Hər birimizin yaşadığımız, hər ayına, anına şahidlik etdiyimiz zaman kəsiyidir.
Elə bu səbəbdən də ötən 22 il hər bir hadisəsi ilə gözlərimiz önündə olduğu kimi canlanır: Düşünülmüş siyasət nəticəsində Azərbaycanın gündən-günə inkişafı, tərəqqisi ilə canlanır.
Dövlətimizin sıravi vətəndaşından tutmuş müəllimə, həkimə, mühəndisə, elm xadimlərinə, uşaqdan-böyüyə hər kəsə qayğısı ilə canlanır.
Dövlət rəhbərinin ölkənin qaçqınına, köçkününə, şəhidinə, qazisinə, ümumilikdə hər bir vətəndaşına ehtiramı ilə canlanır.
Ötən 21 ildə ölkənin iqtisadi gücünün ordu quruculuğuna yönəldilməsi, torpaqlarımızın bir gün işğaldan azad olunması üçün böyükmiqyaslı tədbirlərin həyata keçirilməsi ilə canlanır.
Ordu quruculuğu məsələsinin üzərində bir qədər dayanmaq istərdim. Çünki ötən 22 il daha çox torpaq və ordu ifadələri ilə yaddaşlarda qalıb.
Çünki ölkəmizdə insanlar illərlə torpaq həsrəti ilə yaşayıb. Şərəf məsələsi olduğu üçün bu, ümumilikdə hər bir vətəndaşın problemi idi.
Tam oxu
Xəbəri oxu