28 bəndlik gizli planın detalları Rubio açıqladı

20.11.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“ABŞ administrasiyası Rusiya və Ukraynanın mövqelərini nəzərə alaraq münaqişənin həlli üçün təkliflər hazırlayır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio X sosial media platformasında bildirib.

“Sülhə nail olmaq üçün hər iki tərəfdən çətin, lakin zəruri güzəştlərə razılıq lazımdır. Biz onların rəyi əsasında hərbi münaqişəyə son qoymaq üçün potensial təkliflərin siyahısını hazırlayırıq və inkişaf etdirməyə davam edəcəyik”, – ABŞ dövlət katibi qeyd edib.

Qeyd edək ki, Qərb mətbuatının yazdığına görə, ABŞ və Rusiya Ukraynadakı münaqişənin həlli üçün birgə 28 bənddən ibarət yeni plan hazırlayır.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью