28 il dünyanı piyada gəzdi

10.10.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ITV News"un məlumatına görə, 57 yaşlı keçmiş paraşütçü Karl Buşbi 28 il davam edən dünya səyahətindən sonra Böyük Britaniyaya qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki,Buşbi 1998-ci il noyabrın 1-də Çilinin Punta Arenas şəhərindən yola çıxıb.

O, səyahət zamanı iki əsas qaydaya əməl etməyi qarşısına məqsəd qoyub: irəliləmək üçün heç bir nəqliyyat vasitəsindən istifadə etməmək və dünyanı dolaşmağı başa çatdırana qədər Britaniyaya qayıtmamaq.

Səyahət zamanı o, Cənubi Amerikanı piyada keçərək dünyanın ən təhlükəli marşrutlarından biri hesab edilən Darien keçidindən keçib. Daha sonra Alyaskaya çatıb və Berinq boğazını şərqdən qərbə ilk dəfə keçən şəxs kimi tarixə düşüb.

28 il ərzində Buşbi təxminən 50 min kilometr məsafə qət edib, Rusiya, Sibir, Monqolustan və Çin də daxil olmaqla, ümumilikdə 29 ölkə və ərazidən keçib.

Onun səyahətinin ən çətin mərhələlərindən biri Xəzər dənizini üzərək keçməsi olub. Buşbi bu məsafəni 31 günə qət edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью